İyn
2017
12:23
7
162
3056
Virtual karabakh

Əbülfəs Qarayev ölkədə turizm xidmətlərinin qiymətindən danışdı

8 İyn, 2017
12:23
3056

Əbülfəs Qarayev ölkədə turizm xidmətlərinin qiymətindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın turizm sənayesi mövsüm açılışına tam hazırdır. Azərbaycanda iyun ayının 15-dən sentyabrın 15-dək yay mövsümü nəzərdə tutulub”. 

Oxu.Az xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev bildirib: “Ötən ilə nisbətən Azərbaycanda istirahət edən insanların sayı artıb. Bu yay da Azərbaycana Birləşmiş Ərəb Əmirliklərindən daha çox turistlərin gəlişi gözlənilir”.

Əbülfəs Qarayev deyib ki, "Formula-1" yarışlarının keçiriləcəyi günlər üçün Azərbaycanda böyük mehmanxana şəbəkələrinin 95 faizi dolub. 

Ölkədə turizm xidmətlərinin baha olmadığını vurğulayan nazir xüsusilə regionlardakı qiymətlərə diqqəti çəkib: “Elə rayonlar, elə məkanlar var, 10-30 manata adamları yerləşdirirlər. Yaxud elə istirahət yerləri var ki, beş-altı nəfərdən ibarət ailəni 100 manata yerləşdirir. Deməli, adambaşına təxminən 15 manat düşür. Hesab edirəm, bu gün Azərbaycanda mövcud olan qiymət siyasəti kifayət qədər qəbul olunandır. Mən düşünmürəm ki, bu gün kimsə beş-üç manata istirahət edə bilər. Bu, mümkün deyil”.

Leyla Əliyeva
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri