Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AZAL-ın İstanbula bütün reysləri yeni hava limanına həyata keçiriləcək
“Atatürk” hava limanının bağlanması ilə əlaqədar olaraq aprelin 7-dən etibarən AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri yeni hava limanına (Istanbul New Airport) həyata keçiriləcək.
Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, 2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində “Azərbaycan Hava Yolları” Bakı-İstanbul-Bakı marşrutu üzrə gündə üç reys həyata keçirəcək.
Yeni hava limanı İstanbulun Avropa hissəsinin Arnavutköy bölgəsində, şəhərin mərkəzindən 35 kilometr məsafədə yerləşir. Hava limanına gediş-gəliş bir neçə avtobus marşrutu ilə təmin edilir, 2020-ci ildə isə hava limanı ərazisində yeni metro stansiyasının açılması gözlənilir.
Biletləri artıq əldə etmiş transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər, belə ki, digər aviaşirkətlərin əvvəllər “Atatürk” hava limanına həyata keçirilən reysləri də İstanbulun yeni hava limanından yerinə yetirilməsi gözlənilir.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- Moskvada hava məkanı açıldı: Reyslər BƏRPA OLUNDU
- Hökumə Əliyevanın büstü HAZIRLANIR
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın həyatı filmə çəkilib
- AZAL Türkiyə istiqamətində uçuş coğrafiyasını genişləndirir