11 
Mar
2024
17:36
131
17
2963
Virtual karabakh

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

11 Mar, 2024
17:36
2963

Omanın aşağıbüdcəli aviaşirkəti Bakıya uçuşları bərpa edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Omanın aşağıbüdcəli “SalamAir” aviaşirkəti yayda ən populyar iki istiqamət - Azərbaycanın Bakı şəhəri və Qazaxıstanın Almatı şəhəri üzrə uçuşları bərpa edir.

Bu barədə “SalamAir”in icraçı direktoru vəzifəsini icra edən kapitan Əhməd Əş-Şidhani məlumat verib.

“Biz böyük istəklər əsasında Bakı və Almatı şəhərləri istiqamətində uçuşların başlanmasını elan etməkdən məmnunuq”, - deyə o bildirib.

“Keçən il müştərilərimizdən gələn böyük tələbat bizi bu fantastik yay istiqamətləri üzrə uçuşları bərpa etməyə təşviq etdi. Əminik ki, səyahətçilər Bakı və Almatı şəhərlərinin təklif etdiyi unikal təəssüratlara valeh olmağa davam edəcəklər”, - deyə Əhməd Əş-Şidhani qeyd edib.

Mənbə: Timesaerospace.aero

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri