17 
Noy
2015
11:53
198
13
3506
Virtual karabakh

Milli Qəhrəman Sergey Murtuzəliyevin doğum günüdür

17 Noy, 2015
11:53
3506

Milli Qəhrəman Sergey Murtuzəliyevin doğum günüdür

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı.

Bu gün Azərbaycanın Milli Qəhrəman, Qarabağ müharibəsi zamanı şəhid olmuş Sergey Murtuzəliyevin doğum günüdür.

Oxu.Az-ın məlumatına görə, o, 1963-cü il noyabrın 17-də Bakının Pirallahı qəsəbəsində anadan olub. 

Sergey orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olub. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbini bitirib, bir müddət keçmiş SSRİ-nin müxtəlif yerlərində, sonra Kürdəmirdə hərbi aviasiya alayında polkovnik-leytenant rütbəsində xidmətini davam etdirib. 

Sergey Qarabağa ilk uçuş edənlərdən biri olub. O, dəfələrlə döyüş zonasına uçuşlar edərək, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərib. Sergey Qarabağ müharibəsinin ilk günlərindən hərbi təyyarəçi kimi döyüşə atılıb. 

Milli qəhrəman düşmənə ağır zərbələr endirib, onlarla ermənini məhv edərək onların zirehli texnikasını sıradan çıxarıb. 

Əfsanəyə çevrilən vətən övladının adı dillərdə gəzib. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı. Bu zaman hamı onun Sergey olduğunu bilərdi. 

Sergey 1993-cü il avqustun 30-da təlim uçuşu zamanı kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğrayaraq həlak olub. Sergey Dərbənd yaxınlığındakı Darğuş kəndində dəfn edilib.

Evli idi, iki övladı yadigar qalıb. 

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Sergey Murtuzəli oğlu Murtuzəliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Milli qəhrəmanın Kürdəmir Hərbi Aviasiya alayında büstü qoyulub. 
 
E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri