29 
İyn
2015
10:33
228
41
13292
Virtual karabakh

Zakir Həsənov: Əsgərimiz piti də yeyir – VİDEO

29 İyn, 2015
10:33
13292

Zakir Həsənov: Əsgərimiz piti də yeyir – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xalq Azərbaycan Ordusuna inanır”.

Azərbaycanın müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələr Günündə ATV-yə müsahibə verib.

Oxu.Az xəbər verir ki, nazir müsahibəsində Azərbaycan Ordusunun hazır vəziyyətindən, bu il baş tutan təlimlərdən danışıb.

Nazir bildirib ki, düşmən vahimə içindədir və cəbhə bölgəsində təşəbbüs Azərbaycan Ordusundadır:

“Bir dəfə mənə dedilər ki, yüzlərlə gənc cəbhəboyu rayonlardan gələrək vuruşmaq istəyir. Bu, çox sevindirici haldır. Xalq Azərbaycan Ordusuna inanır.

Əvvəllər əsgərlər istəyirdi ki, ön cəbhədən ikinci xəttə keçsinlər, indi isə müraciət edirlər ki, onları ön xəttə göndərək. Tam məsuliyyətlə deyirəm ki, ordumuz torpaqlarımızı azad etməyə qadirdir”.

Z.Həsənov daha sonra əsgərlərin yeməyinə də toxunub:

“Bizim əsgər Azərbaycan dolmasını, kiftəsini, bozbaşını, pitisini yeyir”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri