Avq
2015
20:34
224
25
3983
Virtual karabakh

Sterliqov Rusiyaya qayıtmağa qorxur

3 Avq, 2015
20:34
3983

Sterliqov Rusiyaya qayıtmağa qorxur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın onu beynəlxalq axtarışa verməsindən sonra.

Azərbaycan Baş Prokurorluğu rusiyalı iş adamı German Sterliqovu beynəlxalq axtarışa verdikdən sonra, o Rusiyaya qayıda bilmir.

“Bu gün German Sterliqovun arvadı və uşaqları Rusiyaya qayıtdı. Lakin German Lvoviç Dağlıq Qarabağı tərk edə bilmədi, çünki ona xəbərdarlıq ediblər ki, Rusiya sərhədçiləri onu saxlaya bilərlər”.

Oxu.Az xəbər verir ki, bu sözləri “İnterfax-Azərbaycan”a biznesmenin vəkili Artur Ayrapetov deyib.

Onu sözlərinə görə, buna səbəb, Azərbaycan Baş Prokurorluğunun G.Sterliqovun beynəlxalq axtarışa verməsidir. Vəkil hesab edir ki, rusiyalı  iş adamının adı “İnterpol”un bazasında var. 

“İnterpol”un saytında 160 rusiyalının soyadı var, lakin əslində “İnterpol” xətti ilə beynəlxalq axtarışda 5 minə yaxın Rusiya vətəndaşı var. “İnterpol” hansı məlumatın saytda yerləşdirilməsinə özü qərar verir”, -vəkil deyib.

Qeyd edək ki, bundan əvvəl vəkil qonşu dövlətin G.Sterliqova qarşı başladığı cinayət təqibini perspektivsiz hesab edirdi.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğu iyulun 28-də rusiyalı iş adamı German Sterliqovu beynəlxalq axtarışa verib. O Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilir.

Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri