Dek
2015
10:19
93
54
9403
Virtual karabakh

Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi – FOTO + VİDEO

1 Dek, 2015
10:19
9403

Su-24 təyyarəsinin komandirinin cəsədi Moskvaya gətirildi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Təyyarəni qırıcılardan ibarət eskort müşayiət edib.

Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri Oleq Peşkovun cəsədi olan hərbi təyyarə Podmoskovyedə Çkalovski aerodromunda yerə enib.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

“Rusiyanın hava məkanında uçuş zamanı təyyarəni qırıcıların eskortu müşayiət edib. Suriya üzərində vurulan Su-24 təyyarəsinin komandiri, podpolkovnik Oleq Peşkovun cəsədi olan hərbi təyyarəni Çkalovski aerodromunda Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu, Rusiyanın Hava-kosmik qüvvələrinin komandanı general-polkovnik Viktor Bondarev qarşılayıb”, - məlumatda deyilir.

Xatırladaq ki, Türkiyə HHQ noyabrın 24-də Suriyada terror əleyhinə əməliyyatı həyata keçirən Rusiyanın Su-24 təyyarəsini vurub. Hər iki təyyarəçi katapulta edib, Peşkov yerdən açılan atəş nəticəsində həlak olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri