11 
Fev
2016
11:10
26
58
1718
Virtual karabakh

İnterpol Mixail Xodorkovskini beynəlxalq axtarışa verdi

11 Fev, 2016
11:10
1718

İnterpol Mixail Xodorkovskini beynəlxalq axtarışa verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biznesmen Böyük Britaniyadadır.

Rusiyanın “YUKOS” neft şirkətinin sabiq rəhbəri Mixail Xodorkovski Nefteyuqanskın meri Vladimir Petuxovun qətli üzrə İnterpol xətti ilə beynəlxalq axtarışa verilib. 

Oxu.Az xəbər verir ki, bu barədə “İnterfaks” mənbəyə istinadən məlumat yayıb.

 “İnterpolun Rusiyadakı milli bürosu Rusiyanın Baş prokurorluğundan və İstintaq Komissiyasından daxil olmuş materiallara əsasən Xodorkovskini beynəlxalq axtarışa verib. Müvafiq qərar İnterpolun Lionda yerləşən mərkəzi bürosuna göndərilib”, - o deyib.

Qeyd edilir ki, İnterpolun mərkəzi ofisi bu qərarı Rusiya bürosundan müvafiq məktubu nəzərdən keçiridikdən sonra qərara alıb.

Daha öncə Moskva şəhər məhkəməsinin YUKOS-un sabiq rəhbəri Mixail Xodorkovskinin qiyabi həbsinə dair qərarı qanuni hesab etməsinə dair məluamt yayılmışdı.

Xodorkovski 1998-ci ildə Nefteyuqansk merinin qətlini sifariş verməkdə itiham edilir. Basmannı məhkəməsi YUKOS-un həbsinə dair sanksiya verib. Xodorkovskinin özü Böyük Britaniyadadır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri