12 
İyn
2014
13:50
33
85
8171
Virtual karabakh

İraqa müdaxilə etmiş qruplaşma bəyanat verdi: Döyüş indi başlanır

12 İyn, 2014
13:50
8171

İraqa müdaxilə etmiş qruplaşma bəyanat verdi: Döyüş indi başlanır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Əhli sünnəyə toxunulmayacaq, hədəf Kərbəladır”.

Mosul və Kərkükə hərbi müdaxilə etmiş İraq Şam İslam Dövləti (İŞİD) qruplaşmasının sözçüsü Əbu Məhəməd Adnaninin 17 dəqiqəlik səs yazısı yayılıb. 

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, səs yazısında İŞİD-in hədəfləri açıqlanıb. 

Adnani səs yazısında əsas hədəflərin Bağdad və Kərbəla olduğunu  deyib. 

“Bütün dünya İŞİD-in qələbələri qarşısında heyrət içindədir. “Bunlara kim kömək edir?” deyirlər. Biz heç kimdən silah almırıq” - deyə Adnani vurğulayıb.

Daha sonra İŞİD döyüşüçlərinə xitab edən Adnani onları düşməndən qorxmamağa çağırıb.

“Tövbə edənlərin tövbəsini qəbul edin. Sizinlə savaşmayanlarla döyüşməyin. Əhli sünnə əhalisini əfv edin. Aşirətlərinizə toxunmayın. Döyüş indi başlanır. Bağdad və Kərbəlaya girdikdən sonra daha da qızışacaq”.

Adnani daha sonra İraqın şiə baş naziri Nuri Əl Malikiyə səslənib:

“Dediyin kimi, aramızda hesab var. Bu hesab sadəcə Samirə şəhərində qalmayacaq. Kərbəla və Nəcəfə qədər uzanacaq. Gözləyin, biz də gözləyirik”.  

Mosulun ardından Bağdada doğru irəliləməyə davam edən İraq Şam İslam Dövləti (İSİD) yaraqlılarının çox sayda bölgəni ələ keçirəcəyi bildirilir. Bağdadın 200 kilometr şimalındakı strateji əhəmiyyətə sahib Bəyçini ələ keçirən İŞİD yaraqlıları neftayırma zavodu və Bağdadı da elektrik enerjisi ilə təmin edən elektrik stansiyasını da ələ keçirməyə çalışır. Yerli qaynaqlardan alınan məlumatlara görə, Mosulun yanında Ninova, Anbar və Salahaddinin geniş seqmentlərini də ələ keçirildiyi bildirilərkən, Salahaddin vilayətinin mərkəzindəki Tikritin də qısa bir qarşıdurmanın ardından İŞİD-in əlinə keçdiyi iddia edilir.

İnsan Haqlarına Nəzarət Təşkilatının ekstremal vəziyyətlərin dəyərləndirilməsi üzrə məsul direktoru Peter Bouckaert İŞİD-in ələ keçirdiyi yerlərdə İraq ordusuna aid əhəmiyyətli silah-sursatları da nəzarətə götürdüyünü və buradan Suriyaya da silah verilə biləcəyini bəyan edib.

Ninova vilayətinin paytaxtı və İraqın ikinci böyük şəhəri olan Mosulda təxminən 500 min adam evlərini tərk edərək kürd bölgələrinə qaçmaq üçün yollara tökülüb. Mosulda 2 min 400 məhbusu cəza evlərindən buraxan İŞİD hökumət binaları və iki televiziya stansiyasını da ələ keçirib. Kərkük şəhərinə bağlı çöllük ərazidə də İraq ordusu ilə İŞİD yaraqlıları arasında qarşıdurmalar yaşandığı bildirilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri