İyl
2014
11:05
51
119
23902
Virtual karabakh

İŞİD ateistləri məhv etdi – FOTO (18+)

3 İyl, 2014
11:05
23902

İŞİD ateistləri məhv etdi – FOTO (18+)

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bizdən olmayan müsəlman deyil”.

İraq-Şam İslam Dövləti (İŞİD) qruplaşmasının yeni vəhşiliklərinin görüntüləri yayılıb.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, İŞİD terror qruplaşmasının Əbu Loğman Əl-Xalabi adlı üzvlərindən biri sosial şəbəkədə törətdikləri yeni vəhşiliyin dəhşətli görüntülərini yayımlayıb. Hadisə Hələb şəhərinin Cərəblus qəsəbəsində baş verib.

Fotoşəkildə müxtəlif cür zorakılığa məruz qalaraq öldürülən insanların meyitlərinin üst-üstə yığıldığını görürük. Öldürülənlər hərbçi formasında olsa da, İŞİD üzvü onların ateist olduğunu nəzərə çatdıraraq, paylaşdığı şəkildə “ateistləri məhv etdik” - deyə qeyd edib. Bunu onunla əlaqləndirmək olar ki, qruplaşma bir neçə müddət bundan əvvəl “bizdən olmayan müsəlman deyil” kimi bəyanat səsləndirmişdi.

Qeyd edək ki, İŞİD terror qruplaşması ötən gün Əndəlusu da alacaqlarını iddia edərək, ilk dəfə qeyri-müsəlmanlara qarşı savaş edəcəklərini bildirmişdilər. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri