Okt
2014
21:45
197
13
4237
Virtual karabakh

Hollivud aktyoru müsəlmanları müdafiə etdi – VİDEO

7 Okt, 2014
21:45
4237

Hollivud aktyoru müsəlmanları müdafiə etdi – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Müsəlmanların bizi öldürdüklərindən daha çox sayda müsəlman öldürdük”.

Məşhur Hollivud aktyoru və rejissoru Ben Afflek Real Time with Bill Maher teleşousunda müsəlmanları müdafiə edərək, verilişin aparıcısı və onun qonaqlarını islamafobiyada, islama qarşı bir növ irqçilikdə ittiham edib. 

Oxu.Az xəbər verir ki, şounun aparıcısı Bill Mayer müsəlmanları həddən artıq aqressiv olmaqda və “liberal-demokratik dəyərlərin yoxluğunda” ittiham edib. Bundan başqa, o, islamı mafiya ilə müqayisə edib. 

“Özünü mafiya kimi aparan yeganə dindir. Siz nəsə bir söz söyləsəz, yaxud düzgün olmayan şəkil çəkib, düzgün olmayan kitab yazsaznız onlar sizi öldürəcəklər”, - deyə, aparıcı bildirib. 

Ben Afflek isə gözləmədən bu sözlərə kəskin reaksiya verib:

“Sizin dedikləriniz dəhşətdir! Bu çox kobuddur. Bu irqçilikdir. Milyarddan çox insan islam fanatikləri deyil, onlar qadınları döymürlər, onlar da bizim kimi məktəbə getmək, sendviç yemək və kiməsə pislik etməmək istəyirlər”, - deyə, aktyor bildirib.  

ABŞ-ın 2003-cü ildə İraqı işğal etməsi məsələsinə toxunan Afflek bunları deyib:

“Müsəlmanların bizi öldürdüklərindən daha çox sayda müsəlman öldürdük”. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri