20 
Okt
2014
11:04
40
30
2916
Virtual karabakh

ABŞ Kobanidəki kürdlərə silah atdı - FOTO

20 Okt, 2014
11:04
2916

ABŞ Kobanidəki kürdlərə silah atdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İŞİD-ə 153 hava zərbəsi endirildi.

ABŞ Aviasiyası Kobani şəhərini “İslam dövləti” (İD) yaraqlılarından qoruyan kürd döyüşçülərinə silah, sursat və tibbi ləvazimat çatdırıb.

Oxu.Az xəbər verir ki, bu barədə 20 oktyabr Reuters ABŞ HHQ-nin Mərkəzi qərargahının məlumatına istinadən bildirib.

“S-130 nəqliyyat təyyarələri kürd hərbçilərinə yaraqlılarla döyüşə davam etmək üçün ehtiyat məqsədilə bir neçə yeşik silah və humanitar yardım atıblar”, məlumatda deyilir.

NBC News-un məlumatına görə, əməliyyatda üç təyyarə iştirak edib, onlar əməliyyat zamanı nə quru, nə də havada müqavimətlə üzləşməyiblər.

Komandanlıqda qeyd etdikləri kimi ABŞ HHQ Kobanidə yerləşən “İslam dövləti” yaraqlılarının mövqelərinə vurulmuş 135 aviazərbə islamçıların irəliləməsinin qarşısını alıb. Əməliyyatlar zamanı yüzlərlə yaraqlı məhv edilib.

“Bununla yanaşı Kobanidə vəziyyət gərgindir, belə ki, islamçılar şəhəri qorxu altında saxlamağa davam edirlər, kürd qüvvələri isə onlara qarşı durmağa çalışırlar”, - bəyanatda deyilir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri