Dek
2014
18:52
30
85
2436
Virtual karabakh

İnterpol müsəlman alimlərin rəhbərini axtarır

Yusif Əl Karadavi məhbusların qaçmasına yardım, vandalizm, yanğın və soyğun kimi əməllərdə təqsirləndirilir.

İnterpol “Qırmızı xəbərdarlıqla” (Red Notice) beynəlxalq müsəlman alimlər ittifaqının prezidenti Yusif Əl-Kardavinin axtarışını elan edib. 

Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, alim haqqında anket məlumatlar və fotoşəkillər beynəlxalq axtarış təşkilatın saytında yerləşdirilib. “Qırmızı xəbərdarlıq” axtarışa verilən şəxsin həbsi üçün beynəlxalq order deyil, lakin İnterpol bu xəbərdarlıqla təşkilatın üzv-ölkələrinə sənəddə göstərilən şəxsin həbsi üçün məhkəmənin qərar çıxardığını xəbər verir. 

88 yaşlı alimin həbsinə “Müsəlman qardaşlar” təşkilatının ruhi lideri olduğu üçün Misir məhkəməsi qərar verib və İnterpola da Misir müraciət edib. Misir və Qatar vətəndaşı olan Yusif Əl Karadavi bir çox cinayətlərdə, eləcə də cinayətkar sövdələşmə, cinayətə təhrik və yardım, məhbusların qaçmasına yardım, vandalizm, yanğın və soyğun kimi əməllərdə təqsirləndirilir.

O, Misirin sabiq prezidenti Məhəmməd Mursini dəstəkləyən tanınmışlardan olub. Karadavi ilə yanaşı Müsəlman Qardaşları (İhvan) təşkilatının bir sıra liderləri də beynəlxalq axtarışa verilib.

İnterpol axtarılan şəxsin yerinin müəyyən edilməsini və təhvil verilmək şərti ilə saxlanılmasını xahiş edir. 

www.oxu.az

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri