Fev
2015
17:27
134
25
2730
Virtual karabakh

Permyakov psixi xəstə olub

5 Fev, 2015
17:27
2730

Permyakov psixi xəstə olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, hərbi xidmətə çağırıla bilməzdi.

Gümrüdə altı nəfərdən ibarət erməni ailəsini qətlə yetirən rusiyalı əsgər Valeri Permyakov, əsgəri xidmətə çağırıla bilməzdi. Belə ki, o, psixi xəstəlikdən – oliqofreniyadan əziyyət çəkir. 

Oxu.Az-ın məlumatına görə, “Qazeta.ru”nun mənbəsi bildirib ki, Baş hərbi prokurorluq onu hərbi xidmətə çağıran, eləcə də Ermənistan ərazisində yerləşən 102 saylı hərbi bazanın ona silah etibar edən komandirlərini hərbi komissarlığın əməkdaşlarını məsuliyyətə cəlb etməyi tələb edib.

Daha sonra əsgər Valeri Permyakov saxlanılıb, o törətdiyi əməli etiraf edib. İndi isə Permyakovun şəxsiyyəti haqqında yeni faktlar üzə çıxır.

“Daha öncə ona oliqofreniya diaqnozu qoyulmuşdu. Onu ümumiyyətlə, xidmətə çağırmağa, hərbi silahla növbəyə qoymağa haqları yox idi”.

Qeyd edək ki, yanvar ayının ortalarında Gümrüdə Rusiya ordusunun hərbi hissədən silahla qaçmış kiçik çavuşu Permyakov, gecə yarısı Avetisyanovların evinə soxulub altı nəfəri güllələyərək qətlə yetirib.  

Hadisə yerində ailə başçısı Serj Avetisyan, onun arvadı, anası və iki qızı həlak olub.

Cinayətkarın daha bir qurbanı isə sonradan xəstəxanada həlak olan altı aylıq uşaq olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri