27 
Apr
2015
23:47
166
24
11487
Virtual karabakh

1 il də yaşasa, 1 milyon dollar qazanacaq - FOTO

Qadın indiyədək xəstəxanaya yerləşdirilməyib.

Dünyanın ən yaşlı insanı kimi qeydiyyata alınan 122 yaşlı vyetnamlı Nquyen Thi Tru 1 il də yaşasa, moldovalı iş adamı Dmitri Kaminskinin vəd etdiyi 1 milyon dollar mükafatı qazanacaq.

Oxu.Az-ın Trend-ə istinadən verdiyi məlumata əsasən, qadın 123 yaşına qədəm qoysa, "Ginnesin Rekordlar Kitabı" tərəfindən qeydiyyata alınmış ən yaşlı insan adına da sahib çıxacaq.

11 uşağından yalnız ikisi sağ olan vyetnamlı qadının ən çox sevdiyi yeməklər düyü və südlü şirniyyatlardır.

Onun ailəsi bildirib ki, qadın indiyədək xəstəxanaya yerləşdirilməyib və ciddi xəstəlik keçirməyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri