10 
Mar
2017
10:06
15
380
27229
Virtual karabakh

Qəzada ölən İbrahimin son sözləri: Bayramda atamın yanında olacağam

10 Mar, 2017
10:06
27229

Qəzada ölən İbrahimin son sözləri: Bayramda atamın yanında olacağam

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünən Sumqayıt yolunda baş verən faciəvi qəzada dünyasını dəyişən tələbələrdən biri - Sumqayıt Universitetinin tələbəsi İbrahim Nəsibovun cənazəsi Cəlilabad rayonuna aparılıb.

Oxu.Az yeniçağ.az-a istinadən bildirir ki, mərhumun qardaşı həyəcan keçirtdiyi üçün danışa bilmədiyini deyərək telefonu bibisinə verib.

İbrahim haqqında danışan bibisi dünən axşam onunla son dəfə görüşdüyünü deyib: 

“1997-ci ildə doğulmuşdu. Qardaşımın belini bükdü, İbrahim elə oğul idi ki, onunla bütün rayon fəxr edirdi. Hündür, yaraşıqlı, ağıllı oğlan idi. Universitetdə hamı onun ağlından-kamalından danışırdı. Dünən bizə gəldi, çimdi, dedi-güldü, zarafatlaşdı. Dedi ki, bibi, martın 14-nü, axır çərşənbəni sizinlə keçirəcəyəm, bayramı isə atamın yanında, rayonda olacağam. Mən daha onun yolunu gözləməyəcəm. Qardaşımın balası bizi həmişəlik tərk etdi”.

Bibisinin dediyinə görə, İbrahimin ölüm xəbərini atasına telefon vasitəsilə çatdırıblar: 

“İbrahim qəzada öləndə telefonu yerə düşübmüş. Onun telefonundan atasını yığıb deyiblər ki, balanın vəziyyəti ağırdır, tez gəl. Atası şok keçirdib. Bu bəlanı ömür boyu unutmarıq”.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri