17 
May
2017
16:48
14
99
3406
Virtual karabakh

Sürücülərin nəzərinə: Bu gecə prospektdə hərəkət məhdudlaşdırılacaq

17 May, 2017
16:48
3406

Sürücülərin nəzərinə: Bu gecə prospektdə hərəkət məhdudlaşdırılacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azəravtoyol” ASC tərəfindən Bakı şəhərində avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə piyada keçidlərinin, yol-cizgi və yol-göstərici xətlərin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri ilə əlaqədar olaraq bu axşam saat 22:00-dan etibarən Xətai  prospektində avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə qismən mədudlaşdırılacaq.

İşlər səhər saatlarınadək yekunlaşdırılacaq.

“Azəravtoyol” ASC sürücülərdən sözügedən ərazilərdə diqqətli olmalarını xahiş edir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri