12 
Sen
2017
16:24
119
31
5417
Virtual karabakh

Təhlükəsizlik kəməri sürücünü belə qoruyur – VİDEO

Azərbaycanda ilk dəfə baş tutan “BMW” festivalı zamanı “Hed Academy Azerbaijan” şirkəti kəmər simulyatorlarından istafadə edərək, insanları yol təhlükəsizliyi qaydaları və təhlükəsizlik kəmərinin əhəmiyyəti haqqında məlumatlandırıb. 

Oxu.Az Avtosfer.az-a istinadən xəbər verir ki, festival zamanı “Aşma” simulyatoru avtomobilin aşma anını simulyasiya edərək, insanlara qəza anında kəmərin sürücünü necə qoruduğunu əyani göstərib. “Zərbəyə qarşı” simulyatoru isə 5-8 km/saat sürətlə sabit dirəyə çırpılmaqla, simulyatorda əyləşmiş insana kəmərin onu necə qoruduğunu əyani hiss etdirib.

Simulyatolarda əyləşən Avtosfer.az  saytının rəhbəri Elməddin Muradlı simulyatorların qəza anında insanların kəmərsiz olduqları halda, necə zərbə alacaqlarını real hiss etdirdiyini bildirib. Bu simulyatorların insanların mariflənməsi üçün əhəmiyyətini qeyd edib.

Qeyd edək ki, “BMW” festivalı Azərbaycanda ilk dəfə  “BMW club Azerbaijan” və “Çıraq Studion”un təşkilatçılığı, “HED Academy”nin dəstəyi ilə Olimpiya Stadionunda baş tutub.

S.B.
www.oxu.az

Digər Avto-Moto xəbərləri