Apr
2024
18:32
52
177
4155
Virtual karabakh

Yeni “E-taksi” altsistemi yaradılıb

8 Apr, 2024
18:32
4155

Yeni “E-taksi” altsistemi yaradılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Taksi fəaliyyətinə dair nəzarət mexanizminin həyata keçirilməsi üçün “AYNA” informasiya sistemində “E-taksi” altsistemi yaradılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumatda bildirilib ki, operatorlar adsızlaşdırılmış məlumatları real vaxt rejimində həmin sistemə ötürəcəklər. Bununla yanaşı ərazidə AYNA və DYP əməkdaşları tərəfindən buraxılış kartlarının yoxlanışı həyata keçiriləcək.

Buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıyanlar İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələnəcəklər.

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri