Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Türkiyədən nadir kadrlar: "Meşənin kabusu" dron kamerasına düşdü
Türkiyənin Bayburt bölgəsində nəsli kəsilməkdə olan və "Meşənin kabusu" kimi tanınan, pişikkimilər fəsiləsinə aid vaşaq görünüb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, Ümumdünya Təbiəti və Təbii Sərvətləri Mühafizə Birliyinin (IUCN) qırmızı siyahısında olan vaşaqlara Bayburtda bir ay ərzində iki dəfə rast gəlinib.
Bölgənin Kurbanpınar kəndində yemək axtaran vaşaq Veysel Karani Yerlikaya adlı sakinin dron kamerasına düşüb. Normal bir pişikdən beş qat böyük olan heyvan xeyli müddət ərazidə təkbaşına gəzdikdən sonra uzaqlaşaraq gözdən itib.
Qeyd edək ki, vaşaq bir neçə gün əvvəl də Bayburtun Kitre kəndində görünüb və yerli sakinin mobil telefonu ilə lentə alınıb.
"Türkiyə" teqi üzrə xəbərlər
- İran XİN: "Yaxın vaxtlarda Zəngəzur dəhlizi ilə bağlı danışıqlar üçün Türkiyəyə səfər edəcəyik"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Türkiyə ordusu 36 terrorçunu məhv etdi
- Türkiyə Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etməyə hazırdır
- Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq