Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rafiq Əliyevin qaynı oğlunu binadan atıb öldürdülər - TƏFƏRRÜAT
Bir neçə gün öncə Rusiyanın paytaxtı Moskvada azərbaycanlı gənc qətlə yetirilib.
Oxu.Az "Qafqazinfo"ya istinadən bildirir ki, 2004-ci il təvəllüdlü İlyas Müxalif oğlu Hüseynov evdə tək olarkən yaşadıqları çoxmərtəbəli binadan yerə atılıb. O, hadisə yerindəcə ölüb.
Mərhum bir neçə gün əvvəl Cəlilabad rayonunda torpağa tapşırılıb.
Qeyd edək ki, Teleqraf.com-un məlumatına görə, qətlə yetirilən şəxs "Azpetrol"un sabiq prezidenti Rafiq Əliyevin qaynı Müxalif Hüseynovun oğludur. Atası uzun illər Rusiyada hüquq-mühafizə orqanlarında çalışıb. Rafiq Əliyev sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin qardaşıdır.