Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Əhalini balacaboyluqdan qurtarmaq üçün İndoneziya hökumətindən maraqlı addım
İndoneziyada qida çatışmazlığı səbəbindən boy ləngiməsi ilə mübarizə aparmaq məqsədilə pulsuz qidalanma proqramı başlayıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "UCA News" xəbər verib.
Bildirilir ki, bu, 10 milyonlarla məktəbli və hamilə qadına pulsuz yemək verəcəyini vəd edən ölkə Prezidenti Prabovo Subiantonun əsas seçki vədlərindən biridir. O, bu layihənin, həmçinin insanların həyat keyfiyyətini yaxşılaşdıracağını və ölkədə iqtisadi artıma töhfə verəcəyini bildirib.
Bu məqsədlə ölkə üzrə azı 190 mətbəx açılıb, onların bəziləri hətta hərbi bazalara məxsusdur. Hökumət nahar üçün 10 000 rupi ayırıb. Bildirilir ki, 2025-ci maliyyə ili üçün proqramın büdcəsi 71 trilyon rupi (7,3 milyard manat) təşkil edir və 2029-cu ilə qədər təxminən 83 milyon insanın qidalanmasının təmin edilməsi planlaşdırılır.
Proqramın məqsədi uşaqlarda boy ləngiməsini hazırkı 21,5%-dən 2045-ci ilə qədər 5%-ə endirməkdir.
"İndoneziya" teqi üzrə xəbərlər
- İndoneziyada timsah 10 yaşlı uşağı suyun altına apardı: Tapılmır
- "Haber Global": İndoneziya Türkiyə dronları ilə silahlanır
- Ərdoğan: "Yeni dünya nizamı yaradılarkən İslam aləminin maraqları nəzərə alınmalıdır"
- İndoneziyada torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb
- İndoneziyada vulkan püskürməsi ilə əlaqədar 3 min nəfər təxliyə edilib