Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Marsda "toz iblislərinin rəqsi": NASA-dan heyrətamiz kadr
NASA (Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi) Marsın səthinin heyrətamiz yeni şəklini dərc edib.
Oxu.Az-ın verdiyi məlumata görə, şəkildə Qırmızı planetdə fırlanan nəhəng burulğanlar - "toz iblisləri"nin fasiləsiz fəaliyyəti əks olunub.
Qeyd edək ki, Yerdəki tornadoları xatırladan "toz iblisləri" Qırmızı planetdə ən maraqlı atmosfer hadisələrindən biridir. Bu burulğanlar Mars səthi qızanda əmələ gəlir; İsti hava sürətlə yuxarı qalxaraq toz hissəciklərini özü ilə aparır.
"Toz iblisləri"nin ölçüləri kiçik zərərsiz burulğanlardan saatlarla davam edən kilometrlə ölçülən nəhəng sütunlara qədər dəyişir.
Heyrətamiz kadr Mars orbitində olan "Mars Reconnaissance Orbiter" kosmik gəmisində quraşdırılmış "HiRISE" kamerası ilə çəkilib.
Şəkildə "toz iblislərinin" Mars landşaftında qoyduğu izlər aydın görünür.
Qeyd olunur ki, Marsın atmosferi seyrək olsa da (sıxlığı Yer atmosferinin cəmi 1%-ni təşkil edir), son dərəcə dinamikdir.
Alimlər Mars səthində tozun toplanma sürətini və hərəkət trayektoriyalarını öyrənirlər ki, bu da onlara Qırmızı planetdəki atmosfer proseslərini daha yaxşı başa düşməyə kömək edir.
"Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA)" teqi üzrə xəbərlər
- İlk dəfə Günəşə "toxunan" NASA zondu Yerlə əlaqə saxladı
- NASA astronavtı uçuş zamanı sirli yadplanetlilərlə qarşılaşmasından danışdı: "Az qala toqquşacaqdıq"
- Kosmosdan Milad "sürprizi": NASA "kosmik yeni il ağacı"nın görüntüsünü təqdim etdi
- NASA-nın azərbaycanlı alimi: "Fəaliyyətim başa çatdıqdan sonra geri dönməyi düşünürəm"
- Uranın sirləri: Yeni məlumatlar planetdə balıqlarla dolu okeanların ola biləcəyini göstərdi