Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Azərbaycanda qrip əleyhinə əlavə vaksinə ehtiyac var? - Səhiyyə Nazirliyi AÇIQLADI
Azərbaycanda qrip əleyhinə kifayət qədər vaksin ehtiyatı olduğu üçün əlavə vaksinlərin alınması nəzərdə tutulmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib.
Nazirlik əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə risk qrupuna aid olan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırır.
Məlumata görə, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
Xatırladaq ki, payız-qış mövsümündə ölkə ərazisində kəskin respirator virus infeksiyaları yayılır. Əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks-epidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi ölkəyə mövsümi qrip əleyhinə "Abbott" şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksəkkeyfiyyətli vaksin preparatları gətirib və səhiyyə nazirinin müvafiq əmrinə əsasən, ötən il sentyabr ayının 10-dan vaksinasiyaya başlanılıb.

"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- 15 nəfərin ölümünə səbəb olan spirtin apteklərdə satılması məsələsinə RƏSMİ REAKSİYA
- Eşitmə itkisi ilə bağlı ən vacib suallar: Koxlear implantasiya əməliyyatını pulsuz necə etmək olar?
- Azərbaycanda İLK - Ölmüş şəxsin qaraciyəri 23 yaşlı qıza köçürüldü
- Səhiyyə Nazirliyi bölgələrdə kardioloji müayinələr keçirib
- "Bakı Ürək Günləri" doqquzuncu Beynəlxalq Konqresi keçiriləcək