Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Legioner limitini keçən klublar 100 min manat ödəməli olacaqlar
Bu ay Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin (İK) 2025-ci ildə ilk iclası keçiriləcək.
Oxu.Az Sport24.az-a istinadən xəbər verir ki, toplantıda ölkə futbolunun gələcəyi ilə bağlı önəmli qərarların qəbul olunacağı gözlənilir ki, onlardan biri də legioner limitinin ləğvi ilə bağlıdır.
Yeni qərarda legioner rüsumu ilə bağlı dəyişikliyin olacağı gözlənilir. Növbəti mövsümdən etibarən heyətinə 11-dən artıq əcnəbi futbolçu cəlb edəcəyi halda, klub hər birinə görə AFFA-nın xəzinəsinə 100 min manat ödəniş etməli olacaq.
Qeyd edək ki, hazırda Premyer Liqada mübarizə aparan komandalar meydana 7+4 (7 legioner+4 yerli) şərti ilə çıxa bilərlər.
Rəylər