Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
![Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlanıb](https://images.oxu.az/2025/01/07/WCThc2aszkFGntvqn95RiXyB74GKaoHeokKM5xSL:1200.jpg)
Venesuelanın vitse-prezidentinə sui-qəsd hazırlanıb
"Venesuelada həbs edilmiş Argentina jandarmı Nauel Aqustin Qalyo ölkənin vitse-prezidenti Delsi Rodrigesə qarşı sui-qəsd etməyi planlaşdırıb".
Oxu.Az-ın məlumatına görə, bu barədə Bolivar Respublikasının Prezidenti Nikolas Maduro "Venezolana de Television" kanalına müsahibəsində bildirib.
Dövlət başçısı Qalyonun Venesuelaya sevgilisi ilə görüşmək üçün gəldiyini iddia etməsini yalan adlandırıb. Maduro qeyd edib ki, argentinalının vətənində həyat yoldaşı və uşaqları var. Venesuela prezidenti Rodrigesə qarşı sui-qəsd planlaşdırıldığını bildirib.
Maduro Argentina hökumətinin "Venesueladakı sülhə qarşı sui-qəsd" planlarında iştirakını pisləyib.
"Venesuela" teqi üzrə xəbərlər
- Venesuela qanunsuz miqrantları qəbul edəcək
- Maduro üçüncü dəfə Venesuela prezidenti oldu
- Venesuela Paraqvayla diplomatik münasibətləri kəsdi
- Venesuelada prezident kimi and içmək istəyən şəxsin yerini deyənə 100 min dollar veriləcək
- Trampın andiçməsindən əvvəl venesuelalı silahlıların ABŞ sərhədçilərinə hücumları çoxalıb
Rəylər