Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Azərbaycanın üç rayonunda bəzi şəxslərə yeni mənzillər veriləcək
Azərbaycanın üç rayonunda əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə yeni mənzillər veriləcək.
Oxu.Az "Trend"ə istinadən xəbər verir ki, artıq bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi hazırlıq işlərinə başlayıb.
Belə ki, Neftçalada 20 ədəd üçotaqlı, Saatlıda 27 ədəd ikiotaqlı, 18 ədəd üçotaqlı, Salyanda isə 44 ədəd üçotaqlı mənzil əlilliyi müəyyən edilmiş şəxslərə və şəhid ailələrinə təhvil veriləcək.
Agentlik sözügedən şəxslərin mənzillərlə təmin olunmasının 10,5 milyon manata başa gələcəyini proqnozlaşdırıb.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Sabah ölkə üzrə bütün pensiyalar ikiaylıq artımla ödəniləcək
- Dövlət Əmək Müfəttişliyi Xidməti yoxlamalar apardı - 26 min manatdan çox vəsait işçilərə ödənildi
- "Medera Hospital" və daha səkkiz şirkət əmək hüquqlarını pozub - Məhkəməyə müraciət edildi
- Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 13 il ötür
- Ötən ay altı uşaq övladlığa götürülüb, ikisi isə himayədar ailəyə verilib
Ən çox oxunanlar