Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Ata-babalarımızdan miras qalan dingin sirri: "Təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır"
Zaqatalada 100 illər boyu istifadə edilən dingi hələ də qoruyub saxlayan sakinlər var.
Yengiyan kənd sakini Şaiq Əlixanovun sözlərinə görə, əvvəllər hər bir ailənin öz dingi olub. Düyü, buğda, arpa və qarğıdalı kimi dənli bitkilər həmin alət vasitəsilə üyüdülüb.
Dingin ata-babalarımızdan miras qaldığını vurğulayan Şaiq Əlixanov qeyd edib ki, onda döyülən qida dadını və keyfiyyətini itirmir.
"Dingdə üyüdülən un qatqısız olur. Həmin unla bişirilən şirniyyat şəkərli diabet və təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır", - deyə o söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
Ata-babalarımızdan miras qalan dingin sirri: "Təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır"

"Zaqatala rayonu" teqi üzrə xəbərlər
- Zaqatalada 59 yaşlı kişinin meyiti tapıldı
- Zaqataladakı asma körpüdə yol-nəqliyyat hadisəsi baş verib: Xəsarət alan var
- Zaqatalada 34 yaşlı kişi dəm qazından boğularaq ölüb
- Zaqatalada ağır qəzada xəsarət alanların son vəziyyətləri açıqlanıb
- Zaqatalada üç avtomobil toqquşub, ölən və xəsarət alanlar var
Ən çox oxunanlar