"İnformasiyanı bilirsiniz, xəbər doğrudur. O, bir rektorun qurbanı oldu".
Oxu.Az xəbər verir ki, bu sözləri Kult.az-a açıqlamasında tanınmış jurnalist Şərəf Cəlili həyat yoldaşı, Bakı Dövlət Universitetinin (BDU) müəllimi Nəriman Süleymanovun (Qocatürk) qəfil vəfatı ilə bağlı danışarkən deyib.
"Sərəncama diqqət edin, bu barədə sonra açıqlama olacaq", - Ş.Cəlili bildirib və əlavə məlumat verməyib.
Şərəf Cəlilinin bu gün BDU-nun rektoru Elçin Babayevin vəzifədən azad edilməsini nəzərdə tutduğu təxmin olunur. Ancaq təfərrüat məlum deyil.
Xatırladaq ki, bir neçə gün öncə N.Süleymanovun adı tələbələrinə qarşı qeyri-etik hərəkətlərə yol verməkdə hallanmışdı.
N.Süleymanov 1967-ci ildə İsmayıllı rayonunun Quşencə kəndidə doğulub. 1990-95-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. O, ali təhsilindən sonra fəaliyyətini BDU-da davam etdirib, Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının baş müəllimi idi.
Kafedranın müdiri sabiq deputat, professor Rəbiyyət Aslanovadır.