Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Olavio Juninyo bu gün Azərbaycandan ayrılır
"Qarabağ" "Sevilya" ilə transfer məsələsində anlaşıb, Olavio Juninyo bu gün Azərbaycandan ayrılacaq.
Oxu.Az "Apasport"a istinadən xəbər verir ki, futbolçunun bu gün İspaniyaya yollanması gözlənilir. O, tibbi müayinədən keçəcək və yeni klubu ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, tərəflər arasında 2+1 illik sözləşmə bağlanacaq.
"Qarabağ" klubunun ulduz futbolçusu Olavio Juninyonun Azərbaycandan ayrılacağı tarix bəlli olub.
Oxu.Az xəbər verir ki, braziliyalı forvard bu həftə İspaniyaya gedərək "Sevilya" klubu ilə 2+1 illik müqavilə imzalayacaq.
"Qarabağ" futbolçunun keçidindən dörd milyon avro gəlir əldə edəcək.
Bundan əlavə Əndəlüs təmsilçisi qitənin bir nömrəli klub turnirinə qatılsa, "köhlən atlar"a 250 min avro ödəyəcək. "Qarabağ" 28 yaşlı hücumçunun növbəti satışından isə 20 faiz gəlir əldə etmək hüququna da malik olacaq.
Qeyd edək ki, Olavio Juninyo özü də bu keçid üçün "Qarabağ"a bir milyon avro ödəməli olacaq.
"Qarabağ FK" teqi üzrə xəbərlər
- "Qarabağ" istədiyi argentinalı hücumçunu niyə transfer etmədi? - Açıqlandı
- "Qarabağ"ın gənc qolkiperi karyerasını Serbiyada davam etdirə bilər
- Riçard Almeydanın "Qarabağ"dan ayrılmasının SƏBƏBİ
- "Qarabağ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb
- PFL-dən "Qarabağ" - "Kəpəz" oyunu ilə bağlı QƏRAR