17 
Noy
2017
08:55
4
105
3561
Virtual karabakh

Şamaxıda bədbəxt hadisə

17 Noy, 2017
08:55
3561

Şamaxıda bədbəxt hadisə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı şəhərində bir nəfərin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Oxu.Az "Report"un Şirvan bürosuna istinadla xəbər verir ki, 1991-ci il təvəllüdlü şəhər sakini İsayev Cavid Rafiq oğlu idarə etdiyi "VAZ-2107" markalı avtomobil ilə hərəkətdə olarkən nəqliyyat vasitəsi xarab olub.

Texniki nasazlıq yarandığını görən sürücü maşını təmir etmək məqsədi ilə onun alt hissəsinə əyilib. Bu zaman maşın hərəkətə gəlib və sürücünün üzərindən keçib. Ağır xəsarət alan şəxs avtomobildəki sərnişinlərin köməkliyi ilə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxandan verilən məlumata görə, avtomobil onun döş qəfəs nahiyəsindən keçib. Yaralının vəziyyəti kafidir.

Fakt Şamaxı Rayon Polis şöbəsi tərəfindən araşdırılır.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri