19 
Noy
2017
18:38
26
363
7814
Virtual karabakh

Ələtdə ailənin 4 üzvü qəzaya düşdü: Ölən var – YENİLƏNİB

19 Noy, 2017
18:38
7814

Ələtdə ailənin 4 üzvü qəzaya düşdü: Ölən var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Göygöl rayonunda baş verən qəzada xəsarət alan şəxslərdən biri həyatını itirib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Göygöl-Toğanalı avtomobil yolunda, Göygöl Olimpiya İdman Kompleksinin yaxınlığında “VAZ 21-07” və “Zaporojets” markalı minik avtomobillərinin toqquşması nəticəsində 1984-cü il təvəllüdlü Yunis Xıdırov, 1988-ci il təvəllüdlü Vəfa Xıdırova, 1995-ci il təvəllüdlü İsmayıl Əmirov və Göygöl rayon Şəhriyar kənd sakini 1993-cü il təvəllüdlü Elxan Nəbiyev xəsarət alıb.

Həkimlərin səyinə baxmayaraq Elxan Nəbiyev həyatını itirib.

15:14

Bu gün Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində “Opel” markalı avtomobil mişar daşı yüklənmiş yük avtomobilinə arxadan çırpılıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza nəticəsində “Opel” markalı minik avtomobilinin sürücüsü, 1991-ci il təvəllüdlü Vüqar Məmmədov, sərnişinlər –1993-cü il təvəllüdlü Fuad Məmmədov, 1991-ci il təvəllüdlü Lamiyə Məmmədova və 1993-cü il təvəllüdlü Vəfa Məmmədova xəsarət alıblar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri