21 
Noy
2017
09:29
25
386
8607
Virtual karabakh

Polislərə yazılan “bonus” onları daha çox cərimə yazmağa sövq edir? – VİDEO

21 Noy, 2017
09:29
8607

Polislərə yazılan “bonus” onları daha çox cərimə yazmağa sövq edir? – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Yol hərəkəti haqqında” qanunun müddəalarının pozulmasına görə, fiziki və hüquqi şəxslər tərəfindən ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi Daxili İşlər Nazirliyinin yol-patrul xidmətini həyata keçirən və yol hərəkətinin tənzimlənməsinə cəlb olunan əməkdaşlarının aylıq vəzifə maaşlarına əlavə olunur.

Oxu.Az Modern.az-a istinadla xəbər verir ki, ərazi üzrə təhkim olunmuş yol polisi əməkdaşları gün ərzində “Yol hərəkəti haqqında” Qanunun tələblərini pozan sürücülərə müxtəlif cərimələr yazır, yaxud da yerində cərimə tətbiq etməklə inzibati protokol tərtib edirlər.

Polislərə yazılan 25 faizlik “bonus” gün ərzində onları daha çox cərimə yazmağa sövq edir. Bu minvalla onlar daha çox cərimə yazmağa və “bonus” qazanmağa çalışırlar. Şərti olsa da, deyə bilərik ki, yol polisi “plana” işləyir.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə bu fikirlə qəti surətdə razılaşmır: “Siz düşünürsünüz ki, biz plan qoymuşuq?! Bu belə deyil. Ümumiyyətlə, bu sualın təbliğata aidiyyəti yoxdur”.

V.Əsədov deyib ki, müəyyən olunan cərimələrdən daxil olan vəsaitin 25 faizinin polis əməkdaşının maaşına yazılması bu iddiaları səsləndirməyə əsas vermir. 

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri