26 
Fev
2018
09:12
16
108
2909
Virtual karabakh

Bakının bəzi yolları bağlanıb

26 Fev, 2018
09:12
2909

Bakının bəzi yolları bağlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Xətai rayonu ərazisindəki “Ana fəryadı” abidəsi qarşısında keçirilən anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb. 

Oxu.Az-ın xəbərinə görə, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. 

Anım mərasimdə iştirak etmək istəyənlərdən ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri