19 
Mar
2018
18:17
28
174
6053
Virtual karabakh

Nobel prospektində avtomobillərin hərəkətində dəyişiklik edildi

19 Mar, 2018
18:17
6053

Nobel prospektində avtomobillərin hərəkətində dəyişiklik edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakının Nobel prospektində tıxacın aradan qaldırılması üçün avtomobillərin hərəkətində dəyişiklik edilib.

Bu barədə Oxu.Az-a açıqlamasında “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

Qurum rəsmisi bildirib ki, artıq həmin ərazidə bununla bağlı tədbirlərə start verilib və yolda yoxlanış aparılır: 

“Nobel prospektindən Ukrayna dairəsinə getmək üçün yardımçı yoldan sola dönüş var idi. Bu da sürücülərin yolu gözləməməsindən tıxaclara səbəb olurdu. Bunun qarşısını almaq üçün həmin ərazidən geriyə dönmə ləğv edilib və qarşıdakı yoldan dönməyə şərait yaradılıb. Əvvəlki yerdən isə geridönmə ləğv edilib”.

A.Nəcəfli bildirib ki, bu proses yoxlama məqsədilə həyata keçirilir: 

“Əraziyə plastik maneələr də düzülüb. Əgər bu proses müsbət nəticə versə, həmişəlik bu cür olacaq. Əgər müsbət nəticə verməsə, digər tədbirlər görüləcək”.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri