30 
Dek
2019
02:30
138
20
20140
Virtual karabakh

Maşında “tank dönməsi”: ABŞ-da yeni pikap anons edildi – FOTO/VİDEO

30 Dek, 2019
02:30
20140

Maşında “tank dönməsi”: ABŞ-da yeni pikap anons edildi – FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Rivian” avtomobil şirkəti “R1T” yeni elektirk pikapı buraxacaq.

Oxu.Az Rusiya KİV-lərinə istinadla xəbər verir ki, rəqiblərindən fərqli olaraq “Rivian R1T” iki yox dörd elektrik mühərriki ilə təchiz olunacaq.

Yenilik təkərlərin dartma gücünü artırır və əlavə olaraq avtomobilə xas olmayan funksiyaları yerinə yetirməyə imkan yaradır.

Söhbət “Tank Turn” (“tank dönməsi”) rejimindən gedir, yəni maşın yerindəcə dönmək imkanına malikdir.

Şirkət qəribə dönmə əməliyyatını əks etdirən video nümayiş etdirib.

Lakin belə əməliyyatı yalnız bataqlıqda və yaxud qarda yerinə yetirmək olar: asfalt örtük üzərində “tank dönməsi” təkərlərin və mühərriklərin məhvinə gətirib çıxara bilər. 

Yeni maşın 400-750 at gücü civarındadır. Quraşdırılmış akkumulyatordan asılı olaraq “R1T” enerji doldurulmadan 370-640 km məsafə qət edə bilər.

Elektirk maşının buraxılması gələn ilin axırında nəzərdə tutulsada sifarişlər artıq indidən toplanır. “Rivian R1T”-nin baza qiyməti 69 min dollardır (117 min manat).

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri