15 
Fev
2023
17:56
73
112
5391
Virtual karabakh

Avropadan avtomobillərlə bağlı ciddi qadağa: 2035-ci ildən bəzi maşınları istifadə etmək olmayacaq

15 Fev, 2023
17:56
5391

Avropadan avtomobillərlə bağlı ciddi qadağa: 2035-ci ildən bəzi maşınları istifadə etmək olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropa İttifaqının qanunvericiləri 2035-ci ildən etibarən regionda daxili yanma mühərrikli avtomobillərin satışını faktiki qadağan edən qanunu təsdiqləyiblər. Bundan sonra blokun ərazisində ancaq istismar zamanı zərərli tullantılar əmələ gətirməyən avtomobillər satılacaq.

Bu məsələ ilə bağlı razılaşmalar hələ ötən ilin oktyabrında Aİ-yə üzv ölkələrin nümayəndələri arasında əldə olunub. Hazırda Avropa Parlamenti Aİ-də satılan yeni avtomobil və mikroavtobusların 2030-cu ilə qədər karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaltmasını, 2035-ci ilə qədər isə sıfır emissiyaya malik olmasını tələb edən qanunvericiliyi təsdiqləyib. Bu, sənaye qruplarının fikrincə, ənənəvi benzin və dizel daxili yanma mühərriklərindən istifadə edən yeni avtomobillərin satışının dayandırılmasına səbəb olmalı və elektrik avtomobillərinə keçidi sürətləndirməlidir.

Keçən il əldə edilmiş və indi təsdiqlənmiş razılaşmaların şərtlərinə görə, 2030-cu ildən sonra yeni minik avtomobilləri 2021-ci illə müqayisədə 55%, mikroavtobuslar isə 50% daha az zərərli maddələr buraxmalıdır. 2035-ci ildən sonra bölgədə yalnız karbonsuz yanacaqla işləyən avtomobillərin satışına icazə veriləcək. Yəni nəzəri olaraq daxili yanma mühərrikləri olan yeni avtomobilləri satmaq mümkün olacaq, lakin onlar ənənəvi yanacaqdan yox, yalnız zərərli emissiyaları olmayan variantlardan istifadə etməlidir.

Mənbə: 3D News

Bizimlə əlaqə saxlayın

Digər Avto-Moto xəbərləri