14 
May
2020
09:14
40
79
7079
Virtual karabakh

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

14 May, 2020
09:14
7079

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.

Oxu.Az-ın məlumatına görə, müraciətdə deyilir:

“Hörmətli həmvətənlər!

Xatırladırıq ki, AZAL tərəfindən təşkil edilməsi nəzərdə tutulan mümkün xüsusi reys vasitəsilə ödənişli əsasda təxliyyə edilmək niyyətində olan Polşada yaşayan Azərbaycan vətəndaşları üçün aşağıdakı sənədlərin və məlumatların 14.05.2020-ci il gündüz 12:00-a qədər səfirliyin [email protected] elektron ünvanına göndərilməsi tələb olunur.

1) Pasportun surəti;

2) Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsinin surəti;

3) Polşada yaşamağı təsdiq edən sənədin surəti;

4) Telefon nömrəsi;

5) Statusunuz, Polşaya səfərin məqsədi (tələbə, işçi, turist, müalicə və s);

6) Azərbaycana qayıtmaq üçün bilet olduğu təqdirdə surəti;

7) Polşaya gəlmə tarixi;

8) Yerləşdiyiniz şəhər”.

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri