11 
İyn
2020
17:40
43
212
7881
Virtual karabakh

Eldar Hacıyev pandemiya dövründə AZAL-ın itkilərindən danışdı

11 İyn, 2020
17:40
7881

Eldar Hacıyev pandemiya dövründə AZAL-ın itkilərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Heydər Əliyev Hava Limanı 2019-cu ildə 4 milyon 740 min, 2020-ci ildə isə cəmi 760 min sərnişinə xidmət göstərib”. 

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında “Azərbaycan Hava Yolları” QSC-nin vitse-prezidenti Eldar Hacıyev pandemiya dövründə AZAL-ın itkisi barədə məlumat verərkən deyib. 

O bildirib ki, pandemiya dövründə bütün dünya ölkələrində ən çox aviaşirkətlər ziyan görüb:

“Azərbaycan Hava Yolları” da bu şirkətlər arasındadır. Lakin biz bu gün bütün çətinliklərə baxmayaraq, heç bir işçini ixtisar etməmişik. Dövlət bu istiqamətdə bizə dəstək ayırıb”.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov isə əlavə edib ki, açıq səma sazişi qüvvədədir:

“Hazırda güzəştlərin ləğvi ilə bağlı fikir yoxdur. İATA-nın bildirdiyinə görə, mülki aviasiya 2019-ci ildə 242 milyard dollara yaxın vəsait itirib və əvvəlki vəziyyətə qayıdış 2023-cü ildən tez olmayacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Turizm xəbərləri