İyl
2020
16:11
23
151
3663
Virtual karabakh

Şamaxıda koronavirus xəstələrinin tullantılarının kəndə atılması ilə bağlı RƏSMİ AÇIQLAMA

1 İyl, 2020
16:11
3663

Şamaxıda koronavirus xəstələrinin tullantılarının kəndə atılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şamaxı rayonunun Göylər kəndi ərazisinə koronavirus xəstələrinin tullantılarının atılması ilə bağlı KİV-də yayılmış məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırılıb və sözügedən əraziyə baxış keçirilib. 

ETSN-nin mətbuat xidmətindən verilən məlumata görə, baxış zamanı kəndin ərazisinə istifadəyə yararsız yataq dəstlərinin atıldığı faktı təsdiqini tapıb. 

Aparılan araşdırma zamanı məlum olub ki, Şamaxı rayonunda koronavirus epidemiyasına yoluxmuş xəstələrin müalicəsi üçün tibb müəssisəsi və karantin rejimli mehmanxana yoxdur, yataq tullantıları da koronavirus xəstələrinə aid deyil. 

Faktla bağlı akt tərtib edilib və əraziyə tullantı ataraq, əhalidə narahatlığa şərait yaradan təqsirkarların müəyyənləşdirilməsi üçün Şamaxı rayon polis şöbəsinə müraciət olunub. 

ETSN-nin əməkdaşlarının nəzarəti altında ərazi məişət tullantılarından təmizlənib və gələcəkdə belə hallara yol verilməməsi məqsədilə tullantıların idarə olunmasına cavabdeh Göylər bələdiyyəsinin rəhbərliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib. 

Nazirlik vətəndaşları, müəssisə və təşkilatları məişət tullantılarını yalnız xüsusi müəyyənləşdirilmiş yerlərə atmağa, tullantıların düzgün idarə olunması və təmizlik qaydalarına ciddi riayət etməyə çağırır. 

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri