26 
Apr
2024
08:10
6
132
1238
Virtual karabakh

Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

26 Apr, 2024
08:10
1238

Zaqatalada pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada iki həftə əvvəl pomidor turşusundan zəhərlənən qohumlardan biri xəstəxanada ölüb.

Oxu.Az-a verilən məlumata görə, rayonun Yuxarı Tala kənd sakini, 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov ötən gün axşam saatlarında müalicə aldığı Respublika Toksikologiya Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, M.Ramazanov və onun bacısının oğlu, 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov aprelin 14-də pomidor turşusundan zəhərlənmişdilər.

Hər iki şəxsə Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) ilkin yardım göstərildikdən sonra müalicə olunmaq üçün onlar Respublika Toksikologiya Mərkəzinə göndərilmişdilər.

25 yaşlı M.Ramazanovun müalicəsi Respublika Toksikologiya Mərkəzində davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri