15 
Apr
2024
17:16
12
75
924
Virtual karabakh

Zaqatalada iki nəfərin pomidor turşusundan zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

15 Apr, 2024
17:16
924

Zaqatalada iki nəfərin pomidor turşusundan zəhərlənməsi ilə bağlı araşdırmalara başlanıldı - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatalada baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq AQTA-dan bildirilib. Qeyd olunub ki, araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

17:04

Zaqatalada iki nəfər pomidor turşusundan zəhərlənib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. 1999-cu il təvəllüdlü Mollahacı Nurəddin oğlu Ramazanov ötən gün zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) daxil olub. Müayinə zamanı Mollahacı Ramazanovun pomidor turşusundan zəhərləndiyi məlum olub. Vəziyyəti ağır olduğu üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Bu gün isə M.Ramazanovun yaxın qohumu 1963-cü il təvəllüdlü Murad Ramazan oğlu Ramazanov zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-yə müraciət edib. Onun da ötən gün qohumu M.Ramazanovla eyni məclisdə pomidor turşusundan zəhərləndiyi məlum olub.

Murad Ramazanov reanimasiya şöbəsinə yerləşdirilib.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri