16 
Sen
2020
11:23
14
103
6149
Virtual karabakh

Bakı üzrə koronavirusa yoluxmanın yüksək olduğu rayon açıqlandı - RƏSMİ

16 Sen, 2020
11:23
6149

Bakı üzrə koronavirusa yoluxmanın yüksək olduğu rayon açıqlandı - RƏSMİ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı şəhərinin rayonları üzrə koronavirusa yoluxma halları ilə bağlı yeni statistika açıqlanıb.

Bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

COVID-19-a yoluxmanın yayılmasına görə paytaxtın Binəqədi rayonu 14,3 faizlə ilk yerdədir.

Belə ki, koronavirus testi müsbət nəticələnmiş paytaxt sakinlərinin 12,2%-i Xətai, 11,8%-i Yasamal, 11,6%-i isə Sabunçu rayonun payına düşür. 

Bundan başqa, paytaxtda koronavirusa yoluxanların 8,9 faizi Nəsimi rayonunda, 8,4%-i Nərimanov rayonunda, 8%-i Suraxanı rayonunda, 7,6%-i Qaradağ rayonunda, 7,1%-i Nizami rayonunda, 5%-i Xəzər rayonunda, 4,7%-i Səbail rayonunda yaşayanlardır. 

Ən az yoluxma isə 0,3 faizlə Pirallahı rayonunun payına düşür.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri