13 
Fev
2016
14:13
22
108
3167
Virtual karabakh

Eldar Sabiroğlunun oğlu növbəti dəfə dindirildi

13 Fev, 2016
14:13
3167

Eldar Sabiroğlunun oğlu növbəti dəfə dindirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səfərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb.

Rüşvət almaqda təqsirləndirilərək barəsində ev dustaqlığı tədbiri seçilən Zərdab rayon prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov bu gün yenidən Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə çağırılıb. 

Oxu.Az xəbər verir ki, bu barədə Trend-ə R.Səfərov özü məlumat verib.

Sabiq müstəntiq bildirib ki, bu gün istintaq hərəkətləri ilə bağlı yenidən dindirilib. Prokurorluqdan ona bildiriblər ki, istintaqın gedişi ilə bağlı o, daha bir neçə dəfə idarəyə çağırıla bilər.

Xatırladaq ki, dünən də adıçəkilən quruma çağırılan R.Səfərovdan istintaq hərəkətləri ilə bağlı açıqlama verməmək haqqında iltizam alınıb.

Qeyd edək ki, Zərdab rayon prokurorluğunda müstəntiq işləmiş R.Səfərov bir müddət əvvəl “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə, prokurorluq orqanlarından xaric edilib. Onun barəsində baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsilə (rüşvət alma (passiv rüşvətxorluq) - təkrar törədildikdə) cinayət işi başlanmışdı.

Binəqədi rayon məhkəməsinin qərarı ilə isə onun barəsində həbs qətimkan tədbiri seçilsə də, sonradan qərar ev dustaqlığı ilə əvəzlənib.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlunun oğludur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri