31 
İyl
2017
12:53
106
11
3136
Virtual karabakh

Fikrət Qocanın oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb

31 İyl, 2017
12:53
3136

Fikrət Qocanın oğlunu qətlə yetirən şəxsin məhkəməsi başlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Elnur Nəhmədov və onun tanışları Ruslan MəmmədovPərviz Hüseynovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hakim Novruz Kərimovun sədrlik etdiyi hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Məlumata görə, xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayev tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə nahar ediblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb.

E. Nəhmədov mübahisə zəminində Y. Qocayevi döyərək qətlə yetirib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri