Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Fikrət Qocanın oğlunu öldürən şəxsin başına iş gəldi
Xalq şairi Fikrət Qocanın oğlu Yalçın Qocayevi qətlə yetirməkdə təqsirləndirilən Elnur Nəhmədov üçün təcridxanaya mobil telefon keçirmək istəyən dayısının bu əməli aşkar edilib.
Oxu.Az-ın Penitensiar Xidmətə istinadən verdiyi xəbərə görə, Bakı İstintaq Təcridxanasında saxlanılan Nəhmədov Elnur Balamirzə oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Zülfüqarov İsa Mövsüm oğlunun üstünə və əşyalarına baxış keçirilən zaman cibindən içərisində danışıq kartı olan “İ-Phone” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Qeyd edək ki, martın 12-də Yalçın Qocayev tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov və Bakı şəhər sakini Pərviz Hüseynovla birgə yeyib-içiblər. Spirtli içki qəbul edən tanışlar arasında mübahisə düşüb. E.Nəhmədov mübahisə zəminində Y.Qocayevi döyərək qətlə yetirib.
A.S.
www.oxu.az
Rəylər