Okt
2017
14:46
14
272
16666
Virtual karabakh

“Faytonçu” Nazimin şikayət etdiyi “Elmed” klinikasında ölüm

9 Okt, 2017
14:46
16666

“Faytonçu” Nazimin şikayət etdiyi “Elmed” klinikasında ölüm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Faytonçu” Nazimin (Nazim Pişyari) şikayət etdiyi  “Elmed” klinikasında ölüm hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a vəkil Ceyhun Yusifov məlumat verib. Vəkil bildirib ki, "Faytonçu" Nazimin şikayətçi olduğu klinikada bir vətəndaş əməliyyatdan sonra dünyasını dəyişib: “Elmed” klinikasının fəaliyyəti və həkimin səriştəsizliyi barədə hüquq-mühafizə orqanlarına müraciət etmişdik. Səhiyyə Nazirliyinə də klinikanın fəaliyyətinin yoxlanılması barədə müraciət ünvanlamışıq. Orada araşdırmalarımız zamanı  Rüstəmova Məfluqə Arif qızı adlı xəstənin estetik əməliyyatdan bir neçə gün sonra dünyasını dəyişdiyi məlum olub. Hazırda o işlə bağlı araşdırma aparılır və  Binəqədi rayon Prokurorluğunda Vaqif Axundovun icraatındadır”.

Vəkil onu da  qeyd edib ki, həmin klinika ilə bağlı Səhiyyə Nazirliyi tərəfdən SOS siqnalı çalınmalıdır: “Klikanın maddi-texniki vəziyyəti onun peşəkar tibb  fəaliyyətinin göstəricisidir”.

Qeyd edək ki, öd kisəsindən əziyyət çəkən “Faytonçu” Nazim 4 dəfə əməliyyat olunub, sonda ona onkoloji xəstəliklə bağlı yanlış diaqnoz qoyulub. Bundan sonra müğənni hüquq-mühafizə orqanlarına müraciət edib.  Daha sonra Nazim Pişiyarinin əməliyyat olunduğu klinikanın əmlak və bank hesabları, onu əməliyyat edən həkim Elman Əzimovun isə əmlakı üzərinə həbs qoyulub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Şou-biznes xəbərləri