12 
Dek
2017
15:33
119
37
3658
Virtual karabakh

“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisi vəkilindən imtina etdi

12 Dek, 2017
15:33
3658

“Qoca”nın qaçışına görə həbs olunan qarovul rəisi vəkilindən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xüsusi təyinatlı vaqondan qaçan iki məhbusa görə saxlanılan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin qarovul rəisi Ceyhun Səmədov dövlət hesabına ona verilmiş vəkildən imtina edib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, o, müqavilə əsasında yeni vəkil tutub. Bundan sonra onun hüquqlarını vəkil Vilayət Nadirov müdafiə edəcək.

V. Nadirov artıq Bakı İstintaq Təcridxanasında C. Səmədovla görüşüb.

C. Səmədovun hüquqlarını indiyədək vəkil Şöhrət Allahmanov müdafiə edirdi.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri