11 
Yan
2018
13:17
63
309
6010
Virtual karabakh

Çempionu öldürən azərbaycanlının məhkəməsi başlayır

11 Yan, 2018
13:17
6010

Çempionu öldürən azərbaycanlının məhkəməsi başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xabarovskda  pauerrliftinq (ağırlıq qaldırma - red.) üzrə dünya və Avropa çempionu Andrey Draçyovun qətli ilə bağlı ilkin dinləmələr yanvarın 15-nə təyin olunub.

Oxu.Az xəbər verir ki, bu barədə “RİA Novosti” Xabarovsk məhkəməsinin nümayəndəsinə istinadən məlumat yayıb.

“İş üzrə ilkin dinləmələr yanvarın 15-i gününə təyin olunub. İclas qapalı rejimdə keçiriləcək.  Həmin dinləmələrdə proses üzrə ilk məhkəmə iclasının tarixi, həmçinin prosesin qapalı və ya açıq keçiriləcəyi  müəyyənləşdiriləcək”, – deyə agentliyə müsahibə verən nümayəndə bildirib.

Xatırladaq ki, 20 avqust 2017-ci il tarixində Xabarovskda kafenin qarşısında Andrey Draçyovla təqsirləndirilən şəxs Anar Allahverənov arasında mübahisə düşüb. İstintaq versiyasına görə, təqsirləndirilən şəxs yumruq və təpiklərlə  zərərçəkənin baş və bədən nayihəsinə çoxsaylı zərbələr endirib. Aldığı xəsarətlərin ağırlığından Draçyov xəstəxanada dünyasını dəyişib.

İstintaq komitəsi qətllə bağlı cinayəti işi açıb. Təqsirləndirilən şəxs hadisədən bir ay sonra hüquq-mühafizə orqanlarına təslim olub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri