28 
Dek
2017
13:13
105
697
13540
Virtual karabakh

Dünya çempionunu öldürən azərbaycanlı idmançı ömürlük həbs oluna bilər

28 Dek, 2017
13:13
13540

Dünya çempionunu öldürən azərbaycanlı idmançı ömürlük həbs oluna bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyada pauerliftinq üzrə dünya çempionu Andrey Draçovun ölümündə təqsirli bilinən azərbaycanlı Anar Allahverənov barəsində başlanmış cinayəti işi üzrə ittihamlar təsdiqini tapıb.

Oxu.Az-ın Life nəşrinə istinadən xəbərinə görə, bu barədə Xabarovsk prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

İş baxılması üçün Xabarovsk Vilayət Məhkəməsinə göndərilib. Törətdiyi cinayətə görə təqsirləndirilən A. Allahverənov ömürlük həbs cəzası ala bilər.

Xatırladaq ki, avqustun 20-də qarışıq döyüş növləri ilə (MMA) məşğul olan Anar Allahverənov və pauerlifting üzrə dünya çempionu Andrey Draçov arasında Xabarovsk şəhərinin “Qalereya” kafesində baş verən mübahisə dava ilə nəticələnib. Ağır kəllə-beyin travması alan A. Draçov xəstəxanada keçinib, A. Allahverənov isə hadisə yerindən qaçıb.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İdman xəbərləri